Hindistanda qarşıdurma: 13 ölü, 70 yaralı var

Hindistanda qarşıdurma: 13 ölü, 70 yaralı var
Polis və sakinlər arasında toqquşma davam edir

Hindistanın cənubunda son iki gündə polis və sakinlər arasında baş verən toqquşmalar nəticəsində çox sayda ölən və yaralananlar olub.

Real TV xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb. Toqquşmalar Tamiland ştatının Tutikorin şəhərində qeydə alınıb.

İki gündür başlayan etirazlar zamanı insanlar şəhərdəki bürünc əritmə fabrikinin bağlanmasını tələb ediblər. Sakinlər hesab edirlər ki, bu müəssisənin işi şəhəri çirkləndirir və insanların sağlamlığına ciddi zərər vurur.

20 min sakinin şəhərə çıxmasına nəticəsində polislə toqquşmalar baş verib. 13 nəfər ölüb, azı 70 sakin isə xəsarət alıb.

Daha 67 nəfər isə polis tərəfindən saxlanılıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə