Tağıyevin tikdirdiyi tarixi bina sökülür (FOTO)

Tağıyevin tikdirdiyi tarixi bina sökülür (FOTO)
Dövlət Xidməti: Bina tarix və mədəniyyət abidələrinin siyahısına daxil deyil

Paytaxtın Yasamal rayonu Murtuza Muxtarov küçəsi 190 ünvanında 19-cu əsrdə Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi binada indi söküntü işləri gedir.

Bu barədə Real TV-yə məlumatı isə həmin ərazidə yaşayan sakinlər verib.

Onlar tarixi binanın sökülməsindən narahatdılar.

Real TV olaraq biz də adı çəkilən ünvana yollandıq.

Həqiqətən də binada söküntü işləri gedirdi. İşçilərdən öyrənirik ki, binaya məxsus cəmi iki divar restavrasiya olaraq saxlanılır. 

Binanın qalan bütün hissəsi sökülür. Deyilənə görə, burada universitet binası inşa olunur.

Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət etdik.

Qrumun mətbuat katibi Fariz Hüseynov dedi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında 6308 tarixi abidə qeydə alınıb:

“Son illər ərazidə isə 1700-dək yeni abidə aşkar olunub. Murtuza Muxtarov küçəsi 190 ünvanındakı həmin bina isə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil deyil. O üzdən də həmin binanın mühafizəsi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə daxil deyil”.

Nərmin Adilqızı
Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə