Güclü partlayışın olduğu kafedən ən son görüntülər (VİDEO, FOTO)

Güclü partlayışın olduğu kafedən ən son görüntülər (VİDEO, FOTO)
Çayxana kimi istifadə olunan yerdən əsər-əlamət qalmayıb

Real TV-nin əməkdaşı ötən gün Bakıda partlayışın baş verdiyi kafedə olub.

Qaz balonunun partlaması nəticəsində kafe demək olar ki, yararsız hala düşüb.

Mayın 21-də Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) kafenin içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Daha 2 nəfər, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızı və 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. N.İbrahimov xəstəxanada ölüb.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə