Avropa İttifaqı Trampı qərarından döndərməyin yollarını axtaracaq

Avropa İttifaqı Trampı qərarından döndərməyin yollarını axtaracaq
Bolqarıstanda İranla nüvə razılaşmasının xilası yolları müzakirə ediləcək

Bolqarıstanın paytaxtı Sofiyada Avropa İttifaqının sammiti başlayıb. Real TV-nin xəbərinə görə, sammitin əsas mövzusu geosiyasi proseslərdir. 

Sammitdə şərqi Balkan ölkələrinin Avropa Birliyinə üzvlüyü məsələsi müzakirə olunacaq. Avropa Komissiyası bu regionda birliyin yaradılması ilə bağlı konkrekt fikirlər səsləndirəcəklər.

Qeyd edək ki, Avropa İttifaqına üzvlüyə namizəd olan ölkələr Serbiya, Makedoniya, Albaniya və Monteneqrodur. Serbiya və Monteneqronun Avropa İttifaqın üzv olacağı tarix 2025-ci ilə qədər çəkə bilər. Makedoniya və Albaniyanın Birliyə üzvlüyünə dair müzakirələr isə qarşıdakı aylarda start götürəcək. Lakin sammitin mövzusu təkcə bunula yekunlaşmır. Sammit iştirakçıları, eyni zamanda, İranla nüvə razılaşmasının xilas edilməsi məsələsini də müzakirə edəcəklər.

ABŞ prezidenti Donald Trampın nüvə razılaşmasını tərk etməsi artıq bir neçə Avropa ölkəsi tərəfindən etirazlarla qarşılanıb. Avropa Şurasının sədri Donald Tusk da Trampın qərarını tənqid edib.“Trampın qəbul etdiyi qərarlara baxdıqda, insanın ağlına belə bit məsəl gəlir. Belə dostlarla insana düşmən lazım deyil” – deyə Tusk qeyd edib.
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə