Əsgər anaları Paşinyana qarşı

Əsgər anaları Paşinyana qarşı
Valideynlər hökumət binası qarşısında etiraz aksiyası keçirir

Ermənistanda yeni hökumətə qarşı etiraz aksiyası keçirilib. 

Real TV xəbər verir ki, Ermənistan cəmiyyətinin müxtəlif sosial təbəqəsindən olan insanları hökumət binası önünüdə toplaşıblar. Aksiya iştirakçıları öz problemlərinin yeni hökumət tərəfindən dinlənilməsi və həll edilməsini tələb edirlər. 

Aksiyaçılar arasında Ermənistan ordusunda dinc şəraitdə ölən erməni əsgərlərin qara paltar geyinmiş anaları və "Nairit" zavodunun işçiləri də var. Əsgər anaları qeyri-döyüş şəraitində ölmüş oğulları barədə Serj Sarkisyan hökumətinin gizlətdiyi həqiqətləri Paşinyanın üzə çıxarmasını tələb edirlər.

Bu arada, baş nazir Nikol Paşinyanın rəhbərliyi altında yeni hökumətin ilk iclası keçiriləcək.  İclasın gündəliyinə 11 məsələ daxildir. Məsələlərdən 3-ü qapalı şəkildə müzakirə olunacaq.

Paşinyanın daha əvvəlki iclası nazirlər kabinetinin sabiq üzvləri ilə təşkil edilmişdi. Yeni hökumət isə, 12 may tarixində qurulub.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə