Yüksələn “qara qızıl”

Yüksələn “qara qızıl”
Dünya birjalarında netin qiyməti 80 dollara çatır

Dünya birjalarında neftin qiyməti durmadan artır. Bu gün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,10 dollar  ya 0,13% artaraq, 79,38 dollar təşkil edib.

Neftin 80 dollara yaxınlaşması 2014-cü ilin noyabrın 25-dən sonra ilk dəfə müşahidə edilən artımdır. Ekspertlər qara qızılın qiymətindəki artım tempinin davam edəcəyini proqnozlaşdırırlar. “Bank of America” analitikləri bəyan ediblər ki, 2019-cu ildə neftin bir barelinin qiyməti 100 dollara çata bilər.

Amma bu artımın süni olduğunu deyənlər də var. İranın neft naziri Bijən Namidar Zəncənə, ABŞ şist nefti istehsalında artımı dəstəklənməsi üçün “qara qızıl”ın qiymətini bilərəkdən bahalaşdırmağa çalışdığını deyib.

İran-Amerika arasındkakı bu gərginlik dünya birjasında Azərbaycan neftinin qiymətinin dövlət büdcəsində nəzərdə tutulan həddən 2 dəfəyə yaxın baha olması ilə nəticələnib. Bu gün AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,81 dollar və ya 1,04% artaraq 78,61 dollar təşkil edib. Azərbaycanın 2018-ci il büdcəsində isə neftin qiyməti 45 dollardan götürülüb.

Son beş ildə qara qızılın qiyməti ən yüksək həddə 2014-cü ildə olub - 104 dollar. Sonrakı illərdə kəskin azalmanı müşahidə edilib:

2015-ci ildə 54 dollar

2016-ci ildə 41.9 dollar

2017-ci ildə 54.5 dollar

İlin əvvəlindən azərlayt markalı neftin orta qiymət göstəricisi 69 dollar olub.

Bütün bunlara uyğun olaraq büdcə daxilolmalarında da artım müşahidə edilir. Əgər 2016-cı ildə neftdən gələn gəlir 5.1 milyard dollar idisə, ötən il 1.2 milyard dollar artaraq 6.3 milyard dollar təşkil edib. Bu ilin iki ayında neft gəlirlərinin 2 milyard dollardan çox olduğunu nəzərə alsaq ilin sonuna qədər bu rəqəmin 8 milyard dollara yaxın olacağı proqnozlaşdırılır. Bu isə ötən ilki dövrlə müqayisədə 1.5 milyard dollar artıq gəlir deməkdir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bu əlavə gəlirin bir hissəsinin dövlət neft fonduna, qalan hissəsinin isə yeni layihələrin həyata keçirilməsinə yönəldilməsini daha məqbul hesab edir. Ekspert qiymət artımını daha çox geosiyası faktlarla bağlı olduğun deyir: “ İsrail-Fələstin qarşıdurması fonunda, siyasi gərginliyin Yaxın Şərqdə kifayət qədər gərginləşməsi fonunda, Amerika ilə İran arasindaki gərginlik, Donald Trampın mesajları neftin qiymətinin düşməsinə imkan vermir.”

Qeyd edək ki, neftin qiymətində son artım mayın 8-də ABŞ-ın İranla atom enerjisi razılaşmasından çıxmasının nəticəsi sayılır. Belə ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin razılaşmadan çıxdığını, İrana sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Vüsalə Xaməmmədqızı
Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə