Alpinistlərin nəşi niyə rayonlara göndərildi?

Alpinistlərin nəşi niyə rayonlara göndərildi?

Tapılan alpinistlərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyin Quba rayon şöbəsinə gətirilib və gecə müayinə edilib.

Bu barədə Real TV-yə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müayinələr başa çatdıqdan sonra meyitlər bu gün ailələrə təhvil verilib.

“Namin Nizami oğlu Bünyatzadənin meyiti Şəmkir rayonuna, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Masallı rayonuna aparılıb, Babur Vaqif oğlu Hüseynovun meyiti isə Bakıya gətirilir", - deyə SN-dən bildirilib.

Faciəvi şəkildə dünyasını dəyişən alpinistlərin ailələri qərar veriblər ki, Babur Astarada, Namin Şəmkirdə, Fəridə isə Masallıda dəfn olunsun. 

Ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb. 

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə