Trampdan Rusiyaya qarşı yeni sanksiyalar

Trampdan Rusiyaya qarşı yeni sanksiyalar
ABŞ prezidenti bu barədə dövlət katibinə xüsusi tapşırıq verib

ABŞ prezidenti Donald Tramp dövlət katibi Mayk Pompeoya Rusiyaya qarşı əlavə sanksiyalar planını hazırlamağı tapşırıb.

Yeni sanksiyaların tətbiqi “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında" müqavilənin müddəalarının pozulması ilə əlaqədardır.

Ağ Evin yaydığı məlumatda bildirilir ki, Rusiya Federasiyası hökumətinin üzvləri daxil olmaqla müqavilənin müddəalarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı maliyyə və viza qadağaları tətbiq ediləcək.
 
“Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında” müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb. Rusiya və ABŞ dəfələrlə bir-birini sazişin pozulmasında günahlandırıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə