Səməd Seyidov AŞPA-nın sanksiyaları barədə danışdı (VİDEO)

Səməd Seyidov AŞPA-nın sanksiyaları barədə danışdı (VİDEO)
Azərbaycanın Avropa Şurasından çıxması barədə söhbət gedə bilməz

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın bəzi üzvlərə sanksiya tətbiq edilməsi məsələsi ilə bağlı mətbuat konfransı keçirir.

Səməd Seyidov deyib ki, Azərbaycan AŞPA-nın strukturlari konstruktiv əməkdaşlıq edir.

O qeyd edib ki, bu qurumda Azərbaycana qarşı ikili standartlar da var:

“Biz bunun dəfələrlə şahidi olmuşuq. Elan olunan qərar ikili standartların tərkib hissəsidir. Bunun heç əsası yoxdur, bu, Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdir”.

Onun sözlərinə görə, AŞPA-da sanksiya tətbiq olunan insanlar Dağlıq Qarabağ məsələsini qaldıran şəxslərdir. Bəzi üzvlərin addımları bizim işimizə mənfi təsir göstərməyəcək. Bu, sadəcə, həmin qurumda böhranın, ikili standartların olduğunu göstərir”.

O bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti Ermənistana layiqli cavab verir: “Ermənistan və onların ətrafında olan qüvvələr müxtəlif taktikalardan istifadə edirlər. Bütün bu addımlar Dağlıq Qarabağa görədir. Amma onlar istəklərinə nail ola bilməyəcəklər”.

S.Seyidov qeyd edib ki, Avropa Şurası dəyişəcək. O, buna əminliyini ifadə edib: “Biz Avropa Şurasına daxil olarkən ümumbəşəri dəyərləri seçmişdik. Çox təəssüflər olsun ki, onlar təzyiq üsuluna əl atırlar. Biz o qurumda bundan sonra da təmsil olunacağıq, fəaliyyət göstərəcək”.

Mətbuat konfransına daha ətraflı videomaterialda baxa bilərsiniz

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə