Səməd Seyidova qarşı sanksiyanın təfərrüatı

Səməd Seyidova qarşı sanksiyanın təfərrüatı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi dünən 4 nəfər AŞPA üzvünə - AŞPA-da İspaniya nümayəndə heyətinin başçısı Pedro Aqramunta, Avropa Xalq Partiyasının başçısı və AŞPA-nın Reqlament komitəsinin üzvü Sezar Florina Predaya, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidova və İspaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Jordi Şuklaya qarşı sanksiyalar tətbiq edib.

Adı sadalanan bu deputatların davranış kodeksini ciddi şəkildə pozduğu, onların müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edildiyi bildirilir.

Onlar təyin olunmaq və ya məruzəçi kimi çıxış etmək, bir sıra əsas vəzifələrə qoşulmaq və ya seçkiləri müşahidə etmək kimi səlahiyyətlərindən məhrum ediliblər.

Sanksiyalar Pedro Aqramunta münasibətdə 10 il, digər üzvlər - Sezar Florina Predaya, Səməd Seyidova və Jordi Şuklaya qarşı isə 2 il ərzində qüvvədə olacaq.

Bu dörd AŞPA üzvü bu müddət ərzində seçki müşahidəçisi kimi iştirak edə, heç bir komitənin, ya alt komitənin sədri ya sədr müavini ola, AŞPA-nın prezidenti olmaq üçün seçkilərdə namizədliyini irəli sürə bilməyəcək.

Onlar həmçinin Assambleyanı və ya öz komitələrini təmsil etmək, Avropa Şurasının icra orqanına - Nazirlər Komitəsinə suallar vermək hüququndan da məhrum ediliblər.

Haqqin.az

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə