Bayılda sürüşmə: evlər dağıldı (VİDEO, FOTO)

Bayılda sürüşmə: evlər dağıldı (VİDEO, FOTO)
Rəsmi qurumların nümayəndələri dərhal hadisə yerinə gediblər

Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yenidən sürüşmə baş verib. 

Real TV xəbər verir ki, hadisə qəsəbənin Buxta 9 küçəsində qeydə alınıb. 

Yerli sakinlər ərazidə yerləşən bir neçə evin uçduğunu bildirirlər. Baş vermiş hadisə ilə bağlı  Səbail Rayon İcra Hakimiyyəti Bayıldakı sürüşmə ilə bağlı açıqlama yayıb.

İcra Hakimiyyətindən "Report"a daxil olan məlumata görə, may ayının 15-də saat 20-00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

Bildirilib ki, bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ Sovet hakimiyyəti illərində, əsas etibarı ilə keçən əsrin 50-ci illərində tikilib. Onların əksəriyyəti 1 mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Bir qədər əvvəl sakinlərin müraciətləri əsasında ərazidəki tikililərin vəziyyəti ilə bağlı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. Rayon İcra Hakimiyyəti tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə