İlham Əliyev Naxçıvanda (YENİLƏNİB, FOTO)

İlham Əliyev Naxçıvanda (YENİLƏNİB, FOTO)
Dövlət başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib.

Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub. Dövlət başçısı məktəbin kollektivi və ictimaiyyətin nümayəndələri ilə görüşüb.

 

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına kompleks barədə məlumat verib.

Daha sonra Prezident İlham Əliyev kompleksi işə salıb.

 

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib.

Dövlət başçısı “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsinin birinci mərhələsinin açılışını bildirən düyməni basıb.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

 


***10:20

Azərbaycan Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.

Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.

Real TV

Digər xəbərlər
Dünən
20 İyun

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə