Yaxın Şərqdə ölənlərin sayı 60-a çatdı

Yaxın Şərqdə ölənlərin sayı 60-a çatdı
Beynəlxalq ictimaiyyət qarşıdurmaları tənqid edir

Yaxın Şərqdə İsrail hərbçiləri ilə fələstinlilər arasında baş vermiş qarşıdurmalar nəticəsində ölənlərin sayı 60-a çatıb.

Ötən gün İsrail hərbisi Qəzza zolağında Qüds şəhərində ABŞ səfirliyinin açılışına qarşı etiraz edən fələstinlilərə atəş açıb.

Qarşıdurmalar zamanı yüzlərlə insanın yaralandığı bildirilir.

Bu gün fələstinlilər ölən insanların dəfn mərasimini keçiriblər.

Yaxın Şərqdə baş verən qarşıdurmalar beynəlxalq ictimaiyyət tərəfindən ciddi qınaqlara səbəb olub.

Bu gün, eyni zamanda, Yaxın Şərq tarixinə Nakba hadisəsi kimi düşən – fələstinlilərin Qüdsü tərk etməsinin 70-ci ildönümüdür.

Fələstinlilər mart ayının sonlarından etibarən “Böyük Qayıdış Hərəkatı”na başlayıblar.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə