Şagirdlərin müəmmalı ölümü

Şagirdlərin müəmmalı ölümü
Daha bir məktəbdə 12 yaşlı uşaq qəfildən dünyasını dəyişib

Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib.
 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb.
 
Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib.
 
Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə verilib.
 
Faktla bağlı araşdırma aparılır.

Real TV xatırladır ki, mayın 8-də də məktəbdə şagirdlərdən biri qəfildən həyatını itirib.

Belə ki, Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yahya Eldar oğlu məktəbdə ölüb. 
Saatlı Rayon Təhsil Şöbəsi məlumat yayıb ki, Yəhya Ağayev tənəffüs zamanı ürək tutmasından vəfat edib.

İlkin tibbi yardım göstərilməsinə və şagirdin xəstəxanaya çatdırılmasına baxmayaraq, onun  həyatını xilas etmək mümkün olmayıb.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə