Azərbaycanlı Rusiyada partiya rəhbəri oldu (FOTO)

Azərbaycanlı Rusiyada partiya rəhbəri oldu (FOTO)

Məşhur azərbaycanlı vəkil Elman Paşayev Rusiyanın yeni dönəm üçün ən iddialı və perespektivli siyasi  partiyalarından olan "Çestno" partiyası sədirinin birinci müavini təyin edilib.

Real TV xəbər verir ki, Ümumrusiya partiyası olan "Çestno"nun Rusiyada payızda keçiriləcək seçkilərdə Dumaya ən az 10 deputat çıxaracağı haqda iddialar səslənir.

Kremlə yaxınlığı ilə tanınan tanınmış siyasətçi Roman Xudyakovun sədri olduğu partiyanın birinci müavinliyinə gətirilən Elman Paşayevə də yaşıl işığın məhz Kremldən yandırıldığı deyilir.

Elman Paşayev Real TV-yə məlumatı təsdiqləyib. O bildirib ki, Rusiyada yaşayan azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanacaq, Azərbaycan diasporları ilə əlaqəli işləyəcək.

Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə