Putin Paşinyana həddini göstərdi

Putin Paşinyana həddini göstərdi
Rusiya prezidentinin erməni baş nazirlə görüşü nədən xəbər verir?

“Rusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyana çərçivələri başa saldı, izah etdi. Görüşün əsas məqsədi budur”.

Bu sözləri Real TV-yə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Putin-Paşinyan görüşünü şərh edərkən bildirdi.

Putinlə Paşinyan arasında görüş ötən gün Soçi şəhərində baş tutub. Görüş Avrasiya İttifaqının sammiti çərçivəsində həyata keçirilib.

Elxan Şahinoğlu Putinlə Paşinyanın görüşünün Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət təsiri olacağına inanmadığını qeyd etdi.

“Tam əksinə bu görüşdə Rusiya hakimiyyəti Paşinyana çərçivələri izah etdi. Hansı çərçivələrdən çıxmaq olmaz. Rusiya və Ermənistan arasında strateji əməkdaşlıq davam edəcək. Rusiya Qarabağ münaqişəsinin həllini sürətləndirmir. Cəmiyyətin bir hissəsində belə inam var ki, Rusiya nə vaxtsa Ermənistanı inandıra bilər ki, Dağlıq Qarabağ ərafındakı rayonları boşaltsın. Rusiya və Ermənistan arasında münasibətlər o zaman kəskinləşər ki, Paşinyan üzünü Qərbə tutsun, onların maraqlarını nəzərə alsın, amma bu baş verməyəcək”, - analitik bildirdi.

E.Şahinoğlu qeyd edir ki, Qarabağ münaqişəsinin həllində Azərbaycan nə Rusiyadan, nə də Ermənistandan ciddi addımlar gözləyə bilməz. Təşəbbüsü öz üzərimizə almalı və təzyiqləri artırmalıdır.

“Paşinyanın hərəkətlərindən, bəyanatlarından belə başa düşmək olur ki, sülh danışıqlarında marağı yoxdur. Onun Xankəndiyə, Şuşaya səfəri, təxribat xarakterli açıqlamaları bundan xəbər verir. Qarabağ siyasəti Ermənistanın yeni hakimiyyəti üçün dəyişməz olaraq qalır”, - deyə Elxan Şahinoğlu bildirdi.

Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə