Bakı marafonu start götürdü (VİDEO)

Bakı marafonu start götürdü (VİDEO)
Mədət Quliyüv və Ramin Quluzadə Real TV-yə marafon barədə danışıb

Paytaxtda “Bakı Marafonu - 2018” start götürüb.

Layihədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, həmçinin bir sıra nazirlər də iştirak edir.

Marafonun açılıpş mərasimində iştirak edən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev Real TV-yə açıqlamasında bildirib ki, “Bakı Marafonu - 2018” xalqımız, cəmiyyətimiz üçün çox vacib tədbirdir.

“Bu layihə xalqımızın birliyinin, sağlam gəncliyinin olduğunun göstəricididir. Bu birliyin təməlini ulu öndər qoyub. Cənab prezident isə bu uğurlu siyasəti müvəffəqiyyətlə davam etdirir. Bu qədər insanı məcburi şəkildə heç kim bura gətirə bilməz. Onlar ona görə bura gəlirlər ki, cənab prezidentin siyasətinə, Azərbaycanın gələcəyinə inanırlar”, - deyə Mədət Quliyev bildirib.

Marafonda həmçinin Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iştirak edir. O Real TV-yə açıqlamasında bu cür layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, bu cür tədbirlər gənclərin idmana marağının artırılması baxımından vacibdir.

"Özüm də bu marafonda iştirak edirəm və əminəm ki, axıra qədər çatacağam", - deyə Ramin Quluzadə qeyd edib.

Qeyd edək ki, builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə