Səfirliklərdə maliyyə nöqsanları aşkarlanıb

Səfirliklərdə maliyyə nöqsanları aşkarlanıb
Azərbaycanın Gürcüstan Respublikası, Mərakeş Krallığı və Qazaxıstan Respublikasındakı səfirliklərində maliyyə nöqsanları aşkarlanıb.

 bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatında bildirilir.

 

Ötən il aparılan yoxlamalar nəticəsində Azərbaycanın Gürcüstandakı səfirliyində əməkhaqqının ödənilməsi üzrə 3578,8, ezamiyyə xərcləri üzrə 1260,9, nəqliyyat xərcləri üzrə 1787,9, digər xərclər üzrə 11694,8 olmaqla, cəmi 11694,8 ABŞ dolları həcmində büdcədən yayınma halı aşkar olunub. Qeyd olunan vəsait yoxlamalardan sonra görülən tədbirlər nəticəsində bərpa etdirilib.Mərakeşdəki səfirlikdə ezamiyyə xərcləri üzrə 737,6, digər xərclər üzrə 37,8 olmaqla, 775,4 avro büdcədən yayınma halı aşkarlanıb və yoxlama nəticəsində vəsait bərpa etdirilib.Qazaxıstandakı səfirlikdə isə ezamiyyə xərcləri üzrə 198, digər xərclər üzrə 39285,1 olmaqla, 39483,1 ABŞ dolları büdcədən yayınma halı aşkarlanıb. Yoxlama nəticəsində görülən tədbirlərdən sonra vəsait dövlət büdcəsinə qaytarılıb.Ümumilikdə hər üç səfirlikdə 51 177,9 ABŞ dolları və 775,4 avro maliyyə pozuntusu aşkarlanıb.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə