Azərbaycana milyardlar gətirəcək layihədə son 31 gün

Azərbaycana milyardlar gətirəcək layihədə son 31 gün
Türk nazir açılış tarixinin irəli çəkildiyini bəyan edib

Trans-Anadolu Təbii Qaz Kəmərinin (TANAP) istismara veriləcəyi tarix yenidən dəyişib.

Real TV xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak açıqlama verib.

Albayrak qeyd edib ki, TANAP boru kəməri bu il iyunun 12-də istifadəyə veriləcək.

Onun sözlərinə görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
 
Bundan əvvəl TANAP boru kəmərinin iyunun 19-da istifadəyə veriləcəyi bəyan edilmişdi.

TANAP

Bu kəmər, həm də Bakı-Tbilisi-Ərzrum və ya Şahdəniz kəməri kimi tanınan və Türkiyə, Azərbaycan və Gürcüstanı birləşdirən mövcud Cənubi Qafqaz Kəmərinə bağlanacaq. Bundan sonra kəmər Türkiyədən Yunanıstan, Albaniya və Adriatik dənizi boyunca İtaliyaya qaz nəql edən Transadriatik Kəməri ilə (TAP) birləşəcək.

Cənubi Qafqaz Kəməri, TANAP və TAP-la birlikdə Cənub Qaz Dəhlizi kəmər sisteminin tərkib hissədir.

Azərbaycanın dövlət şirkəti SOCAR və Türkiyənin Botas şirkəti müvafiq olaraq TANAP-da 58 və 30 faiz paya mailk olacaqlar. 12 milyard dollara başa gələcək bu layihədə qalan 12 faiz pay isə Britaniyanın neft-qaz nəhəngi BP-ə məxsus olacaq.

Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə