Rusiyadan Ermənistana sanksiya xəbərdarlığı

Rusiyadan Ermənistana sanksiya xəbərdarlığı
Rusiya Ermənistan istehsalı olan tərəvəzlərin idxalına qadağa qoya bilər

Rusiya Ermənistanın istehsal etdiyi pomidor və xiyarın ölkəyə idxalına qadağa qoya bilər.

Rusiya mətbuatı xəbər verir ki, bununla bağlı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselnadzor") açıqlama yayıb. 

Qurum bunu Ermənistana məxsus meyvə-tərəvəzin karantin rejiminə uyğun gəlməməsi ilə izah edir. 

Xatırladaq ki, bir qədər əvvəl Ermənistandan gedən meyvə-tərəvəzin bir partiyası geri qaytarılıb və bu ölkədən gələn məhsullara fitosanitar nəzarət gücləndirilib. "Rosselnadzor" məhsullarda aşkar edilmiş problemlərlə bağlı Ermənistanın Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək qurumu araşdırma aparmağı və müvafiq qərar qəbul etməyə çağırıb.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə