Mübariz Qurbanlı: Əgər məscidləri məshəblərə görə bölsək... (VİDEO)

Mübariz Qurbanlı: Əgər məscidləri məshəblərə görə bölsək... (VİDEO)
Komitə sədri "Real Vaxt"da bir sıra mühüm məqamlara toxunub

İstəymiz odur ki, Azərbaycanda kimlərsə təriqət və məshəb qarşıdurması təşviqatı apara bilməsin. Bu çox təhlükəlidir”.

Bunu Real TV-yə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, müəyyən olunmuş qaydaya görə bütün məscidlərdə vaxt namazları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəkildə çap etdiyi qrafik əsasında həyata keçirilir.

“Biz İslam ölkəsiyik. Azərbaycan İslami qaydalara əməl edir, ənənələrə sadiqdir. Əgər bu gün məscidləri məshəblərə görə bölsək, məscidlərdə bu və ya digər dini ayinlərin həyata keçirilməsini məshəblər üzrə tətbiq etməyə çalışsaq, bu, bizim gələcək nəsillər üçün mənfi təsir bağışlaya bilər, o cümlədən indiki şəraitdə mənfi fəsadlarını yarada bilər. Məsciddə hər bir insan dini ayinini təriqətinə, məshəbinə uyğun icra edə bilər. Amma məscidi idarə edən imam həmin məscidi İslami qaydalara uyğun idarə edəcək”, - deyə Mübariz Qurbanlı qeyd edib.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə