Tokay Məmmədovla vida mərasimi (FOTO)

Tokay Məmmədovla vida mərasimi (FOTO)
Xalq rəssamı mayın 2-də 91 yaşında müalicə aldığı xəstəxanada vəfat edib

Təzə Pir məscidində xalq rəssamı, görkəmli heykəltəraş Tokay Məmmədovla vida mərasimi başlayıb.
 
Vida mərasimində mədəniyyat naziri Əbülfəs Qarayev, nazir müavinləri, xalq rəssamı Ömər Eldarov, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak edir.
 
Saat 12:00-dan 14:00-dək davam edəcək vida görüşündən sonra görkəmli sənətkarın cənazəsi torpağa tapşırılmaq üçün II Fəxri Xiyabana aparılacaq.
 
Tokay Məmmədov mayın 2-də 91 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.
 
O, bir çox heykəllərin və qəbirüstü abidələrin, o cümlədən, Nəsimi, Məhəmməd Füzuli, Məşədi Əzizbəyov, Üzeyir Hacıbəyov, Koroğlu və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir.
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə