Bakının təhlükəli əraziləri açıqlandı (VİDEO)

Bakının təhlükəli əraziləri açıqlandı (VİDEO)
Bir neçə avtomobil yolunda sürüşmələr aktivləşib, yeni sürüşmə sahələri yaranıb

Təkcə paytaxtda deyil, Azərbaycannn bir neçə rayonunda  sürüşmə əraziləri aktivləşib.

Aktiv sürüşmə zonası kimi Bayıl ərazisi daha çox nəzərə çarpır. Son 10 ildə 4 dəfə bu ərazidə sürüşmə baş verib.

Bayıl qəsəbəsindəki Bayıl yamacı ilk dəfə 2000-ci ildə sürüşmüşdü. O vaxtdan bəri həmin ərazi daim nəzarətdə olub.

Ərazidə bir daha belə halın baş verməməsi üçün oradakı evlərin köçürülməsinə qərar verilmişdi.

Və bu proses 2003-cü ilədək davam etdi. Bu il ərazidə yenidən sürüşmə aktivləşdi.

98 ailə evlərindən köçürüldü. Təkcə Bayıl deyil, Zığda da  sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən nisbi aktivlik müşahidə olunur.

Günəşli yaylası çökmə - oturma sahəsində aktivlik müşahidə edilməsə də, ərazidə geoloji proseslərin aktivləşməsi istiqamətində gərginlik qalmaqdadır. 

Masazır sürüşmə sahəsində, Masazır qəsəbəsi “Zəli gölü” adlanan ərazidə və Nübar qəsəbəsində sürüşmə - çökmə sahəsində aktivlik baş verib.

Mövzu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovla “Real Vaxt” müzakirə olunub

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə