Paşinyan Ermənistanda ümummilli tətil elan etdi (YENİLƏNİB, VİDEO)

Paşinyan Ermənistanda ümummilli tətil elan etdi (YENİLƏNİB, VİDEO)
Müxalifət lideri tərəfdarlarını küçələrə çıxmağa səsləyib

Ermənistanda etiraz hərəkatının lideri, bu gün parlamentdə baş nazir seçilməmiş Nikol Paşinyan tərəfdarlarını ölkənin bütün yollarını, metro stansiyalarını, hava limanlarını bağlamağa səsləyib. O, mayın 2-də bütün ölkə üzrə tətil elan edib.

Sputnik-in verdiyi məlumata görə, on minlərlə tərəfdarı qarşısında mitinqdə Paşinyan deyib: “Sabah bütün Ermənistanda ümummilli tətil elan edilir. Saat 8:15-dən etibarən Ermənistanın bütün küçələri, metro, aeroportlar, mümkün olan hər yer bağlanır. Mən baş nazir postuna namizəd kimi bütün dövlət qulluqçularına müraciət edirəm – tətil elan edirik”.

Onun sözlərinə görə, vətəmndaşlıq itaətsizliyinə bütün Ermənistan əhalisi qoşulmalıdır.

“Bu, erməni xalqının ulduz saatıdır”, - Paşinyan qeyd edib.

 


***21:53

Ermənistan parlamentinin bugünkü iclasında ölkə müxalifətinin lideri Nikol Paşinyan lazım olan qədər səs toplaya bilməyib və baş nazir seçilməyib.

Real TV-nin Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, deputatlardan 45-i Paşinyanın “lehinə”, 55-i isə “əleyhinə” səs verib.

Bundan sonra Paşinyan tərəfdarlarını küçələrə çıxmağa səsləyib. Hazırda Yerevanın mərkəzi meydanına 80 min adam toplaşıb.

Paşinyanın tərəfdarları Respublika meydanında "qələbə çalanadək" mitinq keçirməyə hazır olduqlarını bildiriblər.

Etirazçılar təslim olmağa hazırlaşmadıqlarını və lazım gələcək qədər mübarizə aparmağa hazır olduqlarını bəyan ediblər.

Onlar qeyd ediblər ki, sabah, birisigün və qələbəyə qədər, daha doğrusu Paşinyanın baş nazir seçilməsinə qədər mitinqə gəlməyə hazırdırlar.

Bu bəyanat Ermənistan parlamenti baş nazir seçə bilmədiyini elan etməzdən əvvəl verilib.

 


***14:54

Ermənistandakı etiraz hərəkatının lideri, baş nazir postuna namizəd Nikol Paşinyan parlamentdə bu günkü çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə mövqeyini izah edib. Paşinyan bildirib ki, “Dağlıq Qarabağ xalqının” öz müqəddəratını təyin etmə haqqının həyata keçirilməsi zəruridir. Habelə münaqişə dinc yolla nizamlanmalıdır.

“Bizim üçün Dağlıq Qarabağ xalqının öz taleyini müstəqil həll etmək haqqı vacibdir, bu haqqın reallaşması vacibdir”-Nikol Paşinyan deyib.

Baş nazir postuna namizəd bildirib ki, münaqişənin həllinin kökündə xalqların bərabərhüquqlara malik olması və öz müqəddəratını təyin etməsi dayanmalıdır. “Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına yeni impuls verilməlidir”-o əlavə edib.

“Əgər Azərbaycan bəyan edəcəksə ki, Dağlıq Qarabağ xalqının (Paşinyan qondarma “artsax” kəlməsi işlədir) öz müqəddəratını təyin etmə haqqını tanımağa hazırdır, o zaman münaqişənin kompromis həlli barədə danışmaq olar. Bu reallıqdır. Azərbaycanın bu haqqı tanımaqdan imtina etməsi kompromislər haqda danışmağa yer qoymur”-Paşinyan bildirib.

Paşinyan əlavə edib ki, Dağlıq Qarabağa dair indiyədək aparılan danışıqlar formal xarakter daşıyıb və ancaq danışıqlar xatirinə aparılıb. Onun fikrincə Azərbaycan “hər fürsətdə Ermənistanı və Dağlıq Qarabağı hədələdiyi üçün” danışıqlar prosesi formaldır. (Virtualaz)

 


***12:20

Bu gün səhər saatlarından etirazçılar Yerevanın Respublika meydanına toplaşmağa davam edir.

Ermənistan Milli Yığıncağının (parlament) mayın1-də keçiriləcək xüsusi iclasında ölkənin yeni baş naziri seçiləcək. Müxalifətin vahid namizədi Nikol Paşinyandır.

Etirazçılar böyük ekranın quraşdırıldğı meydanda parlamentin xüsusi iclasını canlı izləyəcəklər.

Həmçinin Yerevanın mərkəzində sayı çox da olmayan polis əməkdaşları müşahidə olunur. Ümumilikdə paytaxtın mərkəzində sakitlik olduğu bildirilir.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Aprelin 23-də isə S.Sarkisyan istefa verib.

“Serj Sarqsyanın gecə keçirdiyi müşavirədə Respublikaçılar Partiyasının baş nazirin seçilməsi üçün parlamentdə keçiriləcək səsverməni pozması barədə qərar qəbul edilib. Tərəfdarlarımı yenidən mitinqə çağırıb. Mən hamını səhər saatlarından "Respublika" meydanında mitinqə, qələbəni qorumağa çağırıram. Respublikaçıların planı bir həftədən sonra öz namizədlərini irəli sürməkdir”, - deyə Paşinyan qeyd edib.

Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə