AŞPA-nın aşağılayıcı ittihamlarının səbəbi (VİDEO)

AŞPA-nın aşağılayıcı ittihamlarının səbəbi (VİDEO)
Azərbaycan Avropa Şurasına üzv olduğu 17 il ərzində ən aşağılayıcı ittihamlarla üz-üzə qalıb

AŞPA-da Azərbaycanla bağlı təqdim olunan hesabat, son illər onsuz da normal olmayan münasibətlərə əsaslı şəkildə təsir etmiş oldu. Konkret faktlara əsaslanmayan, bəzi QHT və media orqanlarının yazılarına hesablanmış hesabat, Azərbaycana qərəzli yanaşmanın konkret ifadəsi idi.

Nümayəndə heyyətimiz səviyyəsində bu mövqeyə qarşı çıxılsa da, nəticəyə heç bir təsiri olmadı. Hesab olunur ki, nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun adının hansısa mücərrəd korrupsiya siyahısına salınması, bu qurumdakı nümayəndələrimizin gücünü zəiflətməyə hesablanıb.

Bir sözlə, Azərbaycan Avropa Şurasına üzv olduğu 17 il ərzində ən aşağılayıcı ittihamlarla üz-üzə qalıb. 

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Avropa Şurasının Azərbaycana qarşı fəaliyyəti ilə bağlı məqaləsi və tutarlı etiraz məqamları, münasibətlərin doğrudan da aydınlaşdırılmasına ehtiyacı ortaya qoydu.

Əli Həsənov “Facebook” sosial şəbəkəsindəki səhifəsində qeyd etdi ki, “Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media, ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar”.

Məsələyə digər səviyyələrdə də yanaşmalar, Şuranın ikili standartları, Azərbaycanın yürütdüyü müstəqil siyasətindən dolayı yaranan qıcıqlar üzərindən izah olundu.

Amma bütün hallarda bu qurumun Azərbaycana münasibət səviyyəsi, daha doğrusu səviyyəsizliyi özünün ən kəskin mərhələsinə keçid alır. Və mövcud vəziyyət ortaya cavabına ehtiyac olan bir çox suallar çıxarır.

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa ilə "Real Vaxt" verilişndə müzakirə apırılıb.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə