“Qala”dan bir qalaq təəssüratla (VİDEO)

“Qala”dan bir qalaq təəssüratla (VİDEO)
500 il əvvəlin müşahidə qalasından müşahidələrimiz

Bəzən adamda elə təəssürat yaranır ki, yaşadığı şəhərdə, ölkədə ən maraqlı yerlərdə olub. Bir qonağımız gələndə də şablon olaraq əzbərlədiyimiz abidələri, tarixi əraziləri məsləhət görərik.

Bura Qala kəndində yerləşən “Qala” qoruğudur. Qoruğun ərazisi 81 hektardır. 1988-ci ildən fəaliyyət göstərir. 2008-ci ildən isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə qoruq ərazisində açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb. Kompleksdə eramızdan əvvəl 3-cü, 2-ci minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, qavaldaşı, dulusçuluq nümunələri, silahlar və sikkələr, qədim yaşayış evlərinin konservasiya olunmuş qalıqları yerləşdirilib.

Hər şey nüanslara qədər elə restavrasiya olunub ki, adam özünü bir anlıq keşmiş dövrdə hiss edir. Bir vaxtlar burada gəzişən adamların həyatını canlandırmaq elə də çətin deyil. Atınızı yəhərləyib xırmana, qayıdanda yaxınlıqdakı bazara, oradan dəmirçinin yanına, sonra dulusçunun və xalçaçının emalatxanasına dəyib sifariş verdiyin hədiyyəni götürüb evinə qayıdırsan. Axşam toydasan axı!

Burada ən maraqlı işlərdən biri də odur ki, mətbəxtdə, emalatxanada görülən işləri canlı izləyə bilirsiz.

Açıq Səma altında Muzeyin ən əsas hissəsi Qala qəsridir. Bu qəsr 14-15-ci əsrlərə aid tikilidir. Qala restavrasiya olunarkən haqqındakı məlumatlara, oradan tapılan qaynaqlara, daşüstü rəsmlərə əsasən yenilənib. Tarixən də Karvan yolunun üstündəki qədim yaşayış məskənlərində qalalar mövcud olub. Etimalogiyasına görə bəzi araşdırmaçılar hesab edir ki, Qala kəndi adı da məhz bu qalaya görə belə adlanır. Amma tarixə nəzər salanda bu yaşayış məskəninin yaşı qaladan daha çoxdur. Və belə bir versiya da var ki, kəndin adındakı Qala fars mənşəli qələ sözündən götürülüb və buğda, arpa mənasını daşıyır.

Qalanın hündürlüyü təxminən 14 metrdir. Yaxınlıqda göl yerləşir. Yuxarıdan açıq səma altındakı muzeyə baxanda əlimizdə bircə nizə çatışmırdı ki, o dövrə düşüb qala keşikçisi işləyək. Simnar xan da sehrli xalatı xarab etməyə vaxt tapdı 

Qalanın arxasında yeraltı yol var. Deyilənə görə bu yol başqa qalalara aparan yollarla kəsişir. Hətta onu da deyirlər ki, bu tunellə İçərişəhərə qədər gedib çıxmaq mümkün olurmuş. Biz də sınamaq istədik. Amma yolun uzunluğunu nəzərə alıb geri qayıtdıq.

Geri qayıdanda turistlərlə söhbətləşmək istədik. Yəqin ki, Formula 1-ə görə gəliblər, deyə düşündüm. Amma almaniyalı Yuti xanım dedi ki, Azərbaycan formula-1 dən daha maraqlıdır.

Qala qoruğu ərazisində açıq səma muzeyindən əlavə daha 2 muzey də fəaliyyət göstərir. Tamam fərqli təmayüllərdə qurulan muzeylər hərəsi bir aləmə aparır.

Şahid Həbibullayev dəyəri milyonlarla ölçülən bu kolleksiyasını hələ sağlığında ikən hamı üçün sərgilənməsinə icazə verib. Heydər Əliyev fondunun dəstəyiylə muzey binası inşa edilib. YUNESCO bu kolleksiyanı bəşəri irs kimi qiymətləndirib.

Əntiq əşyalar muzeyinin yanında qeyri-adi bir muzey fəaliyyət göstərir. Gərəksiz bilib atdığımız zibillərdən elə nümunələr hazırlanıb ki, bu transformasiyanı gözlə görməsəniz inanmazsınız.

Əminəm ki, bu stendlərə baxdıqca nəyisə tullamağınıza peşiman olmusunuz. Eybi yox, özünüzü çox qınamayın. Gələn dəfə düzəldərsiz. Bəlkə elə sərgiyə də çıxara bilərsiz.

Biz Qala qoruğuna gəldik ki, həm özümüz görək, həm də sizi bu sehrli yerlə tanış edək. Burada uşaqlarınız da dincələcək, ruhunuz da, gözləriniz də. Biz qaladan bir qalaq təəssüratla ayrıldıq.

Orxan Məmmədli
Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə