Qüdrət Həsənquliyev səfirləri biabır etdi (VİDEO)

Qüdrət Həsənquliyev səfirləri biabır etdi (VİDEO)
Millət vəkili bəzi səfirlərin fəaliyyətsizliyini faktlar gətirərək tənqid etdi

Azərbaycan istər siyasi, istərsə də iqdisadi sahədə yeni mərhələyə qədəm qoyur. Əslində bu yeni dönəmin konturları bir müddət əvvəldən cızılmaqdadır.

Daha çox iqtisadi islahatlar fonunda formalaşan idarəçilik mexanizminin, oturuşmuş bir siyasi təməl yükü var. Rəsmi Bakı digər ölkələrin maraqlarına toxunacaq istənilən addımlardan uzaqdır, balanslaşmış xarici siyasətini yürütməkdə bundan sonra da maraqlıdır. Və ərazisinin 20 faizini işğal edən Ermənistan xaric, heç bir ölkə ilə konflikt yaşamır. Azərbaycan istənilən ölkə, təşkilat və qurumlarla, demokratiyanın inkişafı və insan haqları institutları ilə əməkdaşlığa ciddi şəkildə önəm verir. Baxmayaraq ki, bu qurum və təşkilatlar, habelə bu təsisatlara təsir imkanı olan dövlətlər ölkəmizə qarşı ikili yanaşma standartlarından kənara çıxa bilmir və ya çıxmaqda maraqlı görünmürlər.

Təzadlı mənzərə açılıb - Bir tərəfdən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycandakı seçkilərin neqativ yükünü artıran bəyanat yayır, digər tərəfdən BMT-nin başında duran katibinin təbrik məktubu gəlir. Azərbaycan Avropa Şurası Parlament Assambleyasına insan haqlarının qorunması və ya bərpası baxımından böyük tribuna kimi baxdığı halda, elə qurumun özündə qanuni hüquqlarının pozulması halları ilə rastlaşır. Və bu elə bir vəziyyət yaradır ki, rəsmi Bakı nə vaxtsa bu təşkilatdan çıxacağı bəyanatını vermək məcburiyyətində qalır. Hadisələrin bu cür gedişi təbii ki, ümumi mənzərəyə təsirsiz ötüşmür. Görünən odur ki, Ermənistan istisna olmaqla qonşuları sözün hər mənasında Azərbaycana Avropadan daha yaxındı...

İqtisadi inkişafa mərhələlərlə nail olmaq xəttini tutan Azərbaycan, bu gün istər iqtisadi, istərsə də siyasi stabillik baxımından Ermənistanla heç bir halda müqayisə oluna bilməz. Ümumi mənzərəyə fikir verin - Bir tərəfdə hökumət böhranının dövlət probleminə çevrildiyi Ermənistan, bir tərəfdə maraqların toqquşması fonunda sanksiyalarla iqtisadiyyatı ciddi şəkildə təhdid altında olan və bu vəziyyətdən çıxmaq üçün çabalayan Rusiya, digər tərəfdə isə yeni inkişaf mərhələsinə qədəm qoyan, stabilliyi və müstəqil siyasəti ilə öyünə bilən Azərbaycan var. Bəlkə, müxtəlif formalarda gələn təzyiqlər, Azərbaycanın müstəqil siyasətinə təhdidlərin nəticəsidir?

Mövzu ətrafında "Real Vaxt" verilişində Böyük Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müzakirə aparılıb.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə