Mir Şahinin vaxtı (VİDEO)

Mir Şahinin vaxtı (VİDEO)

Qərara gəldim ki, qoy bir Karin xanımla (ATƏT/DTİHB-in Müvəqqəti müşahidə missiyasının rəhbəri) görüşək, suallarımızı verək, axı niyə ATƏT-in məxsusi bu qurumu Azərbaycanda hər şeyi qara görür? Belə deyək də. Bir xalq diplomatiyası cəhdi edək?!

Uzun müddət ATƏT-in Bakı ofisinə zəng vurduq ki, Yonker xanımla görüşək. Alınmadı və hər dəfə bizə onun elektron ünvanını nişan verdilər. Amma biz fikirləşdik ki, yəqin bu aşağı çinli köməkçilərin oyunudur,

ATƏT-li Karinbacı və ya Gəlinbacı belə iş tutmaz. Amma vaxt da gedirdi və anladıq ki, bu yolla heç kim bizə müsahibə təşkil etməyəcək. Necə deyərlər, daxili imkanlar hesabına izə düşdük. Karin Yonkerin şam etdiyi restoranı tapdıq.

Yaxınlaşdıq. “Xoş Gəldin” verəndən sonra,  müsahibə istədik. Yenə də həmin elektron ünvan, həmin dalğa, həmin koordinat... Bir az hirsimi boğdum, amma yavaş-yavaş gördüm ki, yox e, hirsi boğmaqla deyil ki, qəzəbli həmkarlarıma oxşamağa başlayıram. Tərcüməçidən xahiş etdim ki, Azərbaycana qarşı ənənəvi, xroniki qərəzli münasibətin səbəbini soruşsun. Yenə də kin dolu sükut.

Və bu zaman mən artıq özümü saxlaya bilmədim. Bu sualı verməyə bilməzdim. Cəhənnəm olsun jurnalist etikası da, lap estetikası da...

-    ABŞ Departamenti nə qədər pul verib bu hesabat üçün?

Xanım bu sualın cavabını sifətini turşutmaqla verdi. Biz onda ona ayıb olub-olmadığını, utanıb-utanmadığını öyrənmək istədik...

Mir Şahinin ATƏT nümayəndəsi ilə dialoquna daha ətraflı videomaterialda baxa bilərsiniz.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə