İtkin düşən gənclərin axtarışına helikopter cəlb edildi

İtkin düşən gənclərin axtarışına helikopter cəlb edildi
Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yaydı

18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Real TV-yə bildirilib ki, bu gün səhər saatlarından etibarən axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

 


***11:36 (ötən gün) 

Sumqayıt şəhərində 4 gündür itkin düşən gənclərdən hələ də xəbər yoxdur.

Aprelin 18-i günorta radələrində evdən çıxan iki gənc 18 yaşlı Nüsrət Nəzərov və onun dostu 15 yaşlı Adil Cəbiyev rezin qayıq götürərək dənizə məşq etməyə gediblər. Sonradan onlardan heç bir səs-soraq yoxdur.

Ailənin tək övladı olan Nüsrətin anası Nazilə Məmmədova deyir ki, oğlu idmançı olub və tez-tez dəniz kənarına məşq etməyə gedirmiş.

Yoxa çıxan 9-cu sinif şagirdi Adil Cəbiyevin ailə üzvləri isə deyir ki, axırıncı dəfə onu qonşuluqda yaşayan 18 yaşlı Nüsrət Nəzərovla görüblər.

Adilin atası Müşviq Cəbiyev deyir ki, onların qabaqcadan hara gedəcəkləri ilə bağlı “Facebook” yazışmaları da tapılıb.

Çiyinlərində çantalarla dənizə doğru getdiklərini yəqin edərək onların axtarışını dəniz kənarında keçirməyi qərara alıblar.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilsə də, gəncləri gördüm deyənlər olsa da hələ ki, bir məlumat yoxdur.

Faktla bağlı Sumqayıt şəhər Polis idarəsində araşdırma aparılır.

Real TV

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə