16 saylı seçki məntəqəsində fəallıq müşahidə olunur (VİDEO, FOTO)

16 saylı seçki məntəqəsində fəallıq müşahidə olunur (VİDEO, FOTO)
Bu məntəqədə 1424 nəfər qeydiyyatdadır

Seçki məcəlləsinin tələbinə uyğun olaraq, Nərimanov Seçki dairəsi, 16 saylı seçki məntəqəsi saat 08:00-dan fəaliyyətə başlayıb.

Real TV xəbər verir ki, səsvermə prosesi məntəqə sədri Xədicə Əliyevanın elan etməsindən sonra başlayıb.

16 saylı seçki məntəqəsində 1424 nəfər qeydiyyatdadır. Bunlardan 23 nəfəri ilk səsverən gənclərdir. 11 nəfər isə daşınan qutu ilə bağlı məntəqəyə müraciət edib. Səhər saatları olmasına baxmayaraq səsvermədə fəallıq müşahidə olunur.

Qeyd edək ki, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir. Respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının (MSK) saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Xarici ölkələrdəki diplomatik missiyalarımızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, ölkəmizin hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan vətəndaşların seçki hüququnun təmin olunması üçün xaricdə 41 seçki məntəqəsi yaradılıb.

Vüsalə Xaməmmədqızı
Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə