Donald Trampın qızı da prezident ola bilər

Donald Trampın qızı da prezident ola bilər
“Financial Times”: İvanka Tramp Dünya Bankının prezidentliyinə namizədliyini verə bilər

ABŞ prezidenti Donald Trapın qızı İvanka Tramp Dünya Bankının prezidenti vəzifəsinə namizəd ola bilər.

REAL xəbər verir ki, bu barədə nüfuzlu “Financial Times” qəzeti məlumat yayıb.

Qəzetdə yer alan məlumatda iddia olunur ki, Dünya Bankının prezidenti Cim Yonq Kim vəzifədən gedəcəyini açıqladıqdan sonra bu posta namizədlər arasında ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampın və Amerika Birləşmiş Ştatlarının BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Haleyin olduğu iddia edilir.

Dünya Bankının prezidenti vəzifəsinə namizədlər arasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Mark Green ve bu ölkənin Xəzinədarlığının beynəlxalq əlaqələr üzrə məsləhətçisi David Malpass da var.

Dünya Bankının prezidentini qurumun yarandığı gündən bəri bankın ən böyük səhmdarı olan ABŞ seçir.

Vəzifəsini fevralın 1-də tərk edəcəyini açıqlayan Cim Yonq Kim 2012-ci və 2017-ci illərdə Dünya Bankının prezidenti seçilib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə