Fransanın 73 şəhərində 84 min insan küçələrə çıxdı

Fransanın 73 şəhərində 84 min insan küçələrə çıxdı

“Sarı jiletlilər”in Fransanın 73 şəhərində keçirilmiş sayca 9-cu etiraz aksiyasında 84 min nəfər iştirak edib. Parisdə küçələrə 8 min etirazçı çıxıb.

REAL xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. “Sarı jiletlilər” isə bu rəqəmin 93 min olduğunu bildirirlər.

Ölkə üzrə 240 nəfər dindirilib. Paytaxtda dindirilən 156 nəfərdən 74-ü saxlanılıb.

Bəzi şəhərlərdə aksiyaçılarla polis arasında qarşıdurma olub. Parisdə ikisi polis əməkdaşı olmaqla, 24 nəfər yaralanıb.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə