Gənc tamaşaçıların qoca “tamaşaçılar”ı - VİDEO

Gənc tamaşaçıların qoca “tamaşaçılar”ı - VİDEO
Teatr yaşlı aktyorların işdən çıxarılması ilə gündəmdədir

 

REAL TV fəaliyyətə başlayandan xəbər buraxılışlarında mədəniyyətlə bağlı informasiyalar təqdim edir. Bu informasiyalar incəsənət sahəsində yeniliklər, ciddi mədəni xəbərlərdən ibarətdir. Onların arasında daha çox yer alan isə Gənc Tamaşaçılar Teatrı, burdakı premyeralar, festivallarda iştirak, kollektivin sənət uğurları haqda olub. Bizim mədəniyyət gündəmimizi teatr, onun yaradıcı işi, sənət, sənət adamları, sənət uğurları təşkil edib. 

Bu gün isə gündəm dəyişib. Söhbət teatrın gündəmindən gedir. Gənc Tamaşaçılar Teatrı xəbər başlıqlarında işdən çixarılan aktyorlarla aktualdir. 

Məsələni saytların başlıqlarından deyil tərəflərin özü ilə araşdırmaq qərarına gəldik. Axi məqsədimiz real mədəniyyətdir. 

Yasin Qarayev haqda bundan daha uğurlu təqdimat ola bilməzdi. Xalq artisti məsələ ilə bağli mövqeyini əsaslandiranda anlayırıq ki, məsələ maaş, pul məsələsi deyil. 

İndi 50 ildən sonra gəncliyini, var gücünü teatra, sənətə həsr edən, bu ocağı ən çətin günlərində, maaşın az, işin çox olduğu vaxtlarda belə tərk etməyən aktyorları 70 yaşından sonra işdən çıxarmaq teatra nə qazandırır?

Görünür, hər iki tərəf bir-birindən inciyib. Ancaq bu inciklik 90 yaşını qeyd edən sənət ocağının adını "aktyorlar işdən çıxarılmalarına etiraz edirlər", "gənc tamaşaçılar teatrında qalmaqal" başlıqlari ilə gündəmə gətirməməli idi. Necə ki, aktyorların yubileyləri işdən çıxarılmaları ilə təbrik edilməməli idi. 
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə