Qanunsuz dini yığıncaq keçirən 9 nəfər saxlanıldı

Qanunsuz dini yığıncaq keçirən 9 nəfər saxlanıldı

Qanunsuz təşkil olunan dini yığıncağın iştirakçıları saxlanılıb.

DİN Mətbuat xidmətindən REAL-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Binəqədi rayon Polis idarəsinin 4-cü polis şöbəsi, Dövlət Təhlükəsizlik Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları yanvarın 10-da Binəqədi rayonu ərazisindəki evlərin birində əməliyyat tədbiri keçiriblər.

Nəticədə Rusiya vətəndaşları olan 9 nəfərin həmin ünvanda qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib.

Evə baxış zamanı 5 ədəd dini təyinatlı ədəbiyyat (xristianlığı təbliğ edən kitab), 113 ədəd CD disk və 28000 ədəd vizit kart aşkar edilərək götürülüb.

Onlar barəsində Azərbaycan Respubublikası İnzibati Xətalar Məcəlləsinin 515-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə protokol tərtib edilib və həmin şəxslər ölkə hüdudlarından kənara çıxarılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə