Türkiyə nümayəndə heyəti ABŞ-a gedir

Türkiyə nümayəndə heyəti ABŞ-a gedir

Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın başçılıq etdiyi nümayəndə heyəti fevralın 5-də ABŞ-a səfər edəcək.

REAL xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, ABŞ-da iki ölkəni təmsil edən birgə işçi qrup Suriya böhranı, FETÖ və PKK ilə mübarizəyə dair müzakirələri davam etdirəcək.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin baş qərargah rəisi, general-mayor Cozef Danfordın rəhbərlik etdiyi nümayəndə heyətinin yanvarın 7-8-də Ankarada keçirdiyi görüşlərdə bu məsələlər müzakirə olunub.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə