Bakıda “donuz qripi” fırıldaqçıları saxlanıldı

Bakıda “donuz qripi” fırıldaqçıları saxlanıldı

Səhiyyə Nazirliyinin adından istifadə edərək evlərdə müəyyən ödəniş müqabilində "donuz qripi"nə qarşı dezinfeksiya aparan fırıldaqçılar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev məlumat verib.

Onun sözlərinə görə, 2006-ci ildən - ölkədə "quş qripi" olan zamandan bu günə qədər Səhiyyə Nazirliyinin bütün qurumları yolxucu xəstəliklərlə mübarizə aparmağa hazırdır.

Qeyd edək ki, Gürcüstanda “donuz qripi” virusunun olmasından istifadə edən bəzi şəxslər Bakıda fırıldaqçılığa başlayıblar. Onlar sakinlərə yaxınlaşaraq, binaların bloklarında “donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını bildirməklə pul alıblar. (Azvision.az)

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə