Mahir Rəhimov: Gürcüstanda insanlar “donuz qripi”dən ölməyib

Mahir Rəhimov: Gürcüstanda insanlar “donuz qripi”dən ölməyib

"Donuz qripi"nə qarşı vaksin yoxdur, ölkəyə belə bir vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil.

Bunu Kliniki Tibbi Mərkəzin infeksion qəbul şöbəsinin müdiri Mahir Rəhimov bildirib.

Onun sözlərinə görə, dünyada mövsümi qripə qarşı vaksin istifadə edilir:

""Donuz qripi" ilə quş qripləri eyni növ qriplərdir. "Donuz qripi" ölümə səbəb olmur. Ancaq "donuz qripi"nə tutulmuş insan staflikok törədicilərinə də yoluxduqda bu, ölümə səbəb olur. Gürcüstanda insanların ölümünə "donuz qripi" səbəb olmayıb. Onların ölümünə staflikok tipli törədicilər səbəb olub".

Dünyanın hər bir yerində qripə yoluxma hallarının olduğunu deyən Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib ki, 2006-cı ildən indiyədək Azərbaycanda kəskin respirator virus infeksiyaları ilə əlaqədar xüsusi palatalar ayrılıb.

Onun sözlərinə görə, Azərbaycanda müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülür. (Trend)

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə