Prezident: Vergi və gömrük sahəsində şəffaflıq təmin edilib

Prezident: Vergi və gömrük sahəsində şəffaflıq təmin edilib

"Azərbaycanda vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır".

REAL xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində bildirib.

2019-ci ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən dövlət başçısı həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğulayıb. 

Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

 


***12:14

Yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

REAL xəbər verir ki, dövlət başçısı iclasda giriş nitqi söyləyib.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış ediblər.

Daha sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə