Əcnəbilərlə bağlı yeniliklər - VİDEO

Əcnəbilərlə bağlı yeniliklər - VİDEO

Bu gün Dövlət Miqrasiya Xidmətində kütləvi informasiya nümayəndələrinin iştirakI ilə ötən ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilir. Konfransı giriş sözü ilə Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov açaraq Azərbaycanın 2018-ci ildə uğurla inkişaf etdiyini bildirib: "Miqrasiya məcəlləsində və Azərbaycan Respublkasının inzibati xətalar məcəlləsində bəzi dəyişiklik edilib. Bu dəyişikliklər ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətlərinin yaxşılaşdırılmasına, rahatlıqlarının təmin edilməsinə,  ölkə ərazisində ailə bağlılığı və işgüzar alaqələri olan əcnəbilərin öz hüquqlarından sərbəst istifadəsinə xidmət edir".

Vüsal Hüseynov bildirib ki, 2018-ci il ərzində 2 845 697 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb: "Bu da ölkəyə gələn əcnəbilərin sayında 6 faiz artım olduğunu göstərir. Hesabat dövründə 740 841 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. İl ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82 953 müraciət daxil olub. 2018-ci ildə Azərbaycanda 41 030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6 162 nəfərə iş icazəsi verilib".

V.Hüseynov qeyd edib ki, hesabat dövründə xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 19 210 qərar qəbul edilib:

“Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27 509 müraciət daxil olub. Hesabat dövründə xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib. Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 78 nəfərdir".

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə