Batan dənizçinin meyiti Azərbaycana gətirildi

Batan dənizçinin meyiti Azərbaycana gətirildi
Gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun isə meyiti hələ tapılmayıb

Türkiyədə gəminin qəzaya uğraması nəticəsində ölən azərbaycanlılardan birinin meyiti Azərbaycana gətirilib. REAL-ın məlumatına görə, Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlunun isə meyiti Neftçala rayonunun Bankə qəsəbəsinə aparılıb və bu gün dəfn ediləcək. 

Gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun isə meyiti hələ tapılmayıb. Bu barədə REAL-a Azəraycan Dövlət Dəniz Agentliyindən bildirilib. Hadisənin baş verdiyi Samsun sahillərində hava şəraitinin yaxşılaşması axtarışları sürətləndirib. 

Qeyd edək ki, Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2-si Azərbaycan vətəndaşıdır. Gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub.
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə