Sərnişindaşımada vahid bilet sistemi olacaq

Sərnişindaşımada vahid bilet sistemi olacaq

Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək.

Bu barədə REAL-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, bu sistem təkcə online bilet mexanizminin ikitərəfli tətbiqini deyil, ölkənin avtovağzallarında dispetçer fəaliyyətinin yaradılması və gediş-dönüş biletlərinin rahat şəkildə alınmasını, şəhərlərarası nəqliyyat xətləri ilə şəhərdaxili nəqliyyat xətlərində istifadə edilən bilet sisteminin inteqrasiyasını təmin edən bir sistem olacaq.

Onun sözlərinə görə, vahid bilet sistemi gələcəkdə yerüstü ictimai nəqliyyat növləri arasında da inteqrasiyanı təmin edəcək özül yaratmış olacaq.

"Bununla yanaşı, taksi, eləcə də qeyri-müntəzəm daşımalarda yeni platformanın yaradılması istiqamətində yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparılaraq onları vahid platformada birləşdirmək, bu sistemin iştirakçıları arasında olan münasibətləri tənzimləmək, onların dövlət qarşısında olan öhdəliklərini, vəzifələrini vahid bir məkanda nizamlamaq planlaşdırılır", - Nuridə Allahyarova qeyd edib.

O bildirib ki, sözügedən sistemin Vahid Milli Taksi Platforması şəbəkəsində birləşdirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə