Nikol Paşinyan İrana gedir

Nikol Paşinyan İrana gedir
Rəsmi İrəvan qazın qiyməti ilə bağlı Rusiya tərəfi ilə də danışıqları davam etdirir.

Ermənistan İran qazının tədarükü imkanının müzakirəsini davam etdirir.

TASS xəbər verir ki, bunu jurnalistlərə baş nazir vəzifələrini icra edən Nikol Paşinyan deyib.

"İran mavi yanacağının tədarükü məsələsi həmişə gündəlikdə durur. Biz bu məsələni konkret və əlverişli həll variantı tapılana qədər müzakirə edəcəyik”, - deyə Ermənistan Nazirlər Kabineti başçısının səlahiyyətlərinin müvəqqəti icraçısı bildirib.

O həmçinin əlavə edib ki, rəsmi İrəvan qazın qiyməti ilə bağlı Rusiya tərəfi ilə də danışıqları davam etdirir.

"Biz danışıqları davam etdiririk və ölkəmizin maraqlarının müdafiəsi üçün hər şeyi edəcəyik", - Paşinyan vurğulayıb.

Xatırladaq ki, 2018-ci il dekabrın sonunda "Qazprom”un mətbuat xidməti bildirmişdi ki, 2019-cu il yanvarın 1-dən Ermənistan üçün Rusiya qazının qiymət min kubmetr üçün 165 dollar təşkil edəcək. Qeyd edək ki, daha əvvəl erməni tərəfi min kubmetr qaza görə 150 dollar ödəyirdi. (Virtualaz.org)

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə