“Ferrari”nin rəhbəri dəyişir

“Ferrari”nin rəhbəri dəyişir
M.Arrivabene ümidləri doğrultmadı

Formula 1 yarışlarının iddialılarından sayılan Ferrari komandasının rəhbərliyində dəyişiklik ediləcək.

Komandanın rəhbəri Maurisio Arrivabenenin yerinə buna qədər texniki direktor vəzifəsində çalışmış Matia Binotto təyin olunacaq. 2014-cü ildə Ferrai prezidenti Sercio Markioni tərəfindən bu vəzifəyə gətirilmiş Arrivabene qarşıya qoyulan birincilik tələbini həyata keçirə bilməyib.

Son mövsümdə vaxtından əvvəl komandanın ağ bayraq qaldırması rəhbərliyin səbr kasasını doldurub.

Halbuki Ferrari öncəki illərdə daha zəif bolidlərlə rəqabətə daha davamlı olub. Maurisionun yerinə əsas namizəd olan Binotto isə 2004-cü ildə Ferraridə mühəndis vəzifəsində işə başlayıb. Tədricən mühərrik bölməsinin rəhbəri təyin olunan mütəxəssisin fəaliyyəti dövründə bolidlərin texniki göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib. Qeyd edək ki, Ferrainin yeni bolidinin təqdimat mərasimi fevral ayının 15-də təşkil olunacaq.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə