Nazirlik “Ən yaxşı”ları mükafatlandırdı (VİDEO)

Nazirlik “Ən yaxşı”ları mükafatlandırdı (VİDEO)
Gənclər və İdman Nazirliyi ilin yekunlarını açıqladı

Bədən Tərbiyəsi və İdman Akademiyasında 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib.

Gənclər və idman nazirliyinin təşkilatçılığı ilə keçirlmiş tədbirdə idman ictimaiyyətinin üzvlərinə müxtəlif nominasiyalar üzrə diplomlar təqdim olunub. İlin ən yaxşı idmançıları siyahısında beynəlxalq yarışlarda mükafat qazanmış 10 həmyerlimiz yer alıb.

Mükafatçılar arasında güləşçi Eldəniz Əzizli, cüdoçu Hidayət Heydərov, paracüdoçu Bayram Mustafayev kimi idmançılar yer alıb.

Eldəniz Əzizlinin məşqçisi Vaqif Feyzullayev ilin ən yaxşı 3 məşqçisindən biri seçilib. Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2018-ci ilin idmançılarımız üçün uğurlu olduğunu diqqətə çatdırıb.

İlin yekunları ilə bağlı tədbirdə Gimnastika, cüdo və velosiped federasiyaları yarışların təşkilatçılıq səviyyəsinə görə fərqləndirilib. Qızlardan ibarət stolüstü tennis üzrə yığma komandamız ən yaxşı komanda üçün təsis edilmiş mükafata yiyələnib.

Abşeron və göygəl olimpiya idman kompleksləri ən yaxşı idman qurğusu seçilib. Jurnalist həmkarlarımızdan Namiq Abbasov, Sənan Abdullayev, Kənan Məstəliyev və Kənan Hakimov fərqli nominasiyalarda diplomla təltif edilib. Sonda isə Aliyə Alkova, Rakif Əliyev, Zöhrə Əskərova, Səmayə Məmmədova və Elşən Şirinov dövlət qulluğundakı səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif ediliblər.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə