Mir Şahinin vaxtı (VİDEO, 23.12.2018)

Mir Şahinin vaxtı (VİDEO, 23.12.2018)

İnanmaq istəyirəm ki, faydalı bir təhlil axşamı olacaq. Ali Baş komandanın iştirakı ilə hərbçilərə yeni mənzillərin verilməsindən başlayaq. Söhbət hərbi qulluqçular üçün ayrılan, ümumi sahəsi 37 min kvadratmetrdən çox olan 394 mənzildən gedir. 

Əlbəttə bu, məsələnin sırf statistika tərəfidir. Amma faktın bir başqa istisnası da var ki, buna diqqətinizi rica edirəm. Yəqin hamı yaxşı xatırlayır ki, İlham Əliyev seçkilərdən sonra, Yeni Prezident ilini şəhidliyə və şəhadətə xüsusi ehtiramı ilə başlamışdı. 

Azərbacyan prezidenti İlham Əliyev: “Builki prezident seçkilərindən dərhal sonra imzaladığım birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olmuşdur. Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub.

Artıq bu vəsaitin verilməsi prosesi başlamışdır. Təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır”.

Deməli, yeni prezident ili hərbçilər və şəhidlərlə başlanmışdı. İlin sonunda da hərbçilər diqqətdə oldu. Rəmzilik isə hər iki qərarın məhz mənzillə bağlı olmasından ibarətdir: İlk fərman son mənzili əhatə edirdisə, son qərar ilk mənzillərə aid oldu. 

Prezidentin mərasimdəki çıxışı həftə ərzində kifayət qədər təhlil edildi, bu addımın mərkəzində Dövlətin Sosial kursunun prioritet verdiyi ən şərəfli vətəndaşlar zümrəsi, vətənpərvərlər layının olduğu qeyd edildi. Başlıcası isə budur: Prezidentin Azərbaycan döyüşçüsünə xüsusi ehtiramı mövsümi əhval-ruhiyyəni, populizmi, hansısa məqamı nəzərə alaraq kütləvi diqqətə işləmək kimi süni jestləri rədd edən cəhətdir.

Dövlət siyasətinin xarakterindən, Ali Baş komandanın idarəçilik fəlsəfəsinin əsgərə və döyüşçüyə  təbii münasibətindən qaynaqlanan, bununla da dövlətçiliyin baza prinsiplərinə əsaslanan bütöv bir daxili dünyagörüşüdür. Heydər Əliyevdən gələn irsi çağırışdır. Bu nöqtədən yanaşılanda hərbi büdcənin ən yüksək səviyyədə saxlanması, ən müasir silah və hərbi texniki vasitələrin alınması, hərbi bazalar və hərbi hissələr, kazarmadan blindaja qədər əsgər ayağı dəyən hər bir metrin xüsusi diqqətə alınması ümumi bir sistemdir. Məqsədyönlü kursun ayrı-ayrı mərhələləridir. Burada bir olduqca mühüm məqam var: Prezident Azərbacyan əsgərini olana və ölənə ayırmır. Bu iki var olma formasını vahid vücud, diri bir orqanizm kimi görür. O şəhidin bir ruh olaraq da Azərbaycana qulluq etdiyini anladır. O ruh millətin, dövlətin ruhlanması üçün, milli Ruh yüksəkliyi üçün vacibdir.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə