Bütün dünyanın tanıdığı azərbaycanlı Real TV-yə danışdı

"Rainergy" adlı layihəsi ilə Forbes jurnalının "30 yaşdan aşağı 30 asiyalı" siyahısına düşən 15 yaşlı Reyhan Camalova “Real Vaxt” verilişinin qonağı olub. O, bu siyahıya düşən ilk azərbaycanlıdır. Reyhan Camalova çox xoşbəxt olduğunu bildirdi. “2017-ci ilin noyabrında Hindistanda keçirilən BMT Qlobal Sahibkarlıq Sammitindən sonra "Forbes"dən mənimlə əlaqə saxladılar, məni "30 yaşdan aşağı 30 asiyalı siyahısına" namizəd kimi təklif elədilər. Artıq 2000 namizəd arasındaydım, amma o qədər ümidim yox idi ki, siyahıya düşüm. Bu gün xəbər aldım və mənim üçün böyük sürpriz oldu, çox sevindim. Çox qürur duydum, özümü xoşbəxt hiss edirəm. Ona görə qürur duyuram ki, bu siyahı üzrə Azərbaycanın adı ilk dəfə çəkilirdi. Bu siyahıda Azərbaycanı təmsil etməyim olduqca qürurvericidir/ Azərbaycanın adının tanıdılmasında az da olsa mənim töhfəm varsa, bunu özümə böyük şərəf sayıram”, - deyə Reayhan Camalova bildirib. Reyhan Camalova 2017-ci ildə qurulan "Rainergy" startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır.

Ən çox izlənən verilişlər
Digər verilişlər