Azərbaycanın seçimi - Yeni dünya vitrinində

Biz hələ uşaq vaxtından xaricdən gələn hər şeyə yuxarı dəyirman malı kimi baxırıq. İmportnıdısa, deməli əladı. Müalicəmizi xaricə etibar edirik. Xaricə getməyi isə az qala rituala çeviririk. Bir hazırlaşırıq ki, elə bil dünyamızı dəyişirik. Görünür elə, həm də bu səbəbdəndir ki, xaricinin bizim ünvanımıza pis nəsə deməsini ürəyimizə salırıq. Ən maraqlısı da budur ki, öz gözlərimizlə gördüyümüzə, əlimizlə toxunduğumuza şübhə ilə yanaşırıq, çünki qulağımızı xaricdən gələnin dedikləri doldurur. Bəs, axı nə deyir bu xaricdən gələn? Məsələn, o deyir ki, siyasi mühit məhdud olub. Bəs, kim məhdud edib siyasi mühiti? Axı Prezident yalnız seçkinin vaxtının irəli çəkilməsi ilə bağlı qərar verib, vəssəlam. Fövqəladə vəziyyət elan edilməyib, mitinqlərin keçirilməsini yasaq edən nəsə imzalanmayıb. Müxtəlif siyasi əhval-ruhiyyə daşıyıcılarının Prezident iddiaçılığına qoşulması qadağan edilməyib. Və əgər müxalifətin müəyyən bir qrupu seçkiyə qatılmamağı özünə rəva bilibsə və bununla da siyasi mühitin məhdudlaşması baş veribsə, deməli burada səbəbkar adı ilə çağrılmalı, hesabatda məhdudlaşdıran qüvvə kimi hakimiyyət yox, təşəbbüskar özü - müxalifət qrupu qeyd edilməlidir. Müxalifətin baykot qrupu belə bir qərar verməsəydi, seçkiyə qatılsaydı, onda onların bu gün hansısa irada, tənqidə məntiqləri çatardı.

Ən çox izlənən verilişlər
Digər verilişlər